Naxçıvanın 2024-cü il büdcəsinin icrası haqqında qanun qəbul edilib

30 İyun 2025 15:44 (UTC+04:00)

Naxçıvan Ali Məclisi “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” qanunu qəbul edib. SİA-nın yerli bürosunun məlumatına görə, qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

Bununla da Ali Məclisin növbədənkənar sessiyası öz işini başa çatdırıb.