Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

30 İyun 2025 14:58 (UTC+04:00)

Azərbaycanda bir torpaq sənədi üzrə 3 hektar və daha çox sahəni bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizi verməlidir. SİA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir.

Nazirlik bəyan edib ki, torpaqların aqrokimyəvi analizlərinin aparılmasına dair reqlamentə əsasən artıq bir torpaq sənədi üzrə 3 ha və daha çox torpaq ərazisi üzrə bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizinə cəlb olunurlar. Bir torpaq sənədi üzrə 3 ha-dan az ərazi üzrə bəyan vermiş fermerlərin torpaq analizi könüllü müraciəti əsasında aparılır.

Aqrokimyəvi analizlərin aparılması fermer üçün çoxsaylı üstünlüklər təmin edir. Belə ki, torpaqda hansı qida elementinin (azot, fosfor və kalium) çatışmadığını və hansının isə normadan artıq olduğunu müəyyən etməyə kömək edərək lazımsız gübrə tətbiqinin qarşısını alaraq fermerin gübrə xərclərinə qənaət edir. Ehtiyaclarına uyğun gübrə normaları seçilərsə, məhsuldarlıq əhəmiyyətli dərəcədə artır. Analiz nəticəsində torpağın pH səviyyəsi və duzluluq kimi göstəricilər təyin olunur ki, bu da torpaqların münbitliyinin artıb azalmasına nəzarət etməyə imkan verir.

Torpağın aqrokimyəvi analizi üçün nümunələrin götürülməsi qaydaları aşağıdakı kimidir: