DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir - YENİLƏNİB

30 İyun 2025 12:46 (UTC+04:00)

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir. SİA xəbər verir ki, polis ofisi nəzarətə götürüb.

Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.

Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.