...Gent Universitetinin belçikalı alimləri digər ölkələrdən olan həmkarları ilə birlikdə indiki Belçika ərazisindəki Meuse çayı vadisində 10,5 min il əvvəl yaşamış ovçu-yığıcı qadının görünüşünü yenidən yaradıblar.
Layihə tarixdən əvvəlki avropalıların görünüşü ilə bağlı qeyri-adi detalları üzə çıxarıb.
SİA-nın məlumatına görə, tədqiqat elmi qurumun rəsmi saytında dərc olunub.
Belçika mağarasında tapıldığı yerə görə "Marqot" adlandırılan qadının qalıqları müasir texnologiya vasitəsilə tədqiq edilib. Komanda 3D kəlləni skan edərək qədim DNT-ni təhlil edib və hollandiyalı rəssamlar Adri və Alfons Kennis heykəltəraşlıq rekonstruksiyası yaradıblar.
...Nəticələr tədqiqatçıları təəccübləndirib. Mezolit insanlarının ən məşhur rekonstruksiyalarından fərqli olaraq, "Marqot"un mavi gözləri və nisbətən açıq, orta tonlu dərisi olduğu aşkar edilmişdir.
Bu, İngiltərənin məşhur "Çeddar Adamı" kimi daha tünd dərili müasirləri ilə ziddiyyət təşkil edir.
Layihəyə rəhbərlik edən professor İzabelle De Qrutun dediyinə görə, “...əsər göstərir ki, qədim Avropa populyasiyaları əvvəllər düşünüldüyündən daha müxtəlif görünüşə malik olublar. Ovçu-toplayıcılarda dəri piqmentasiyası hətta eyni genetik qrup daxilində də müxtəlif imiş".
Əli Babayev