Toyota Motor Yaponiyadakı istehsal müəssisələrini yenidən təşkil etmək planlarını açıqlayıb.
Şirkət Alphard və Vellfire tam ölçülü mikroavtobusların istehsalını Mie prefekturasının İnaba şəhərindəki Toyota Auto Body-nin müəssisəsindən Toyota Motor Corporation Tahara-nın Ayçi prefekturasının Tahara şəhərindəki müəssisəsinə köçürəcək.
SİA-nın məlumatına görə, transfer 2027-ci ilə qədər baş tutacaq.
Hazırda Toyota Auto Body zavodunun əsas məhsulları Hiace, Noah və Voxy kommersiya avtomobilləri, həmçinin Land Cruiser J300 yolsuzluq avtomobilləridir.
Toyota-nın mətbuat xidməti xəbər verir ki, Alphard/Vellfire furqonlarının istehsalının ötürülməsi İnaba sahəsini kommersiya avtomobillərinin istehsalı üzrə ixtisaslaşmış zavoda çevirəcək.
Konsern həmçinin “növbəti nəsil kommersiya furqonunun” tezliklə buraxılacağını elan etdi.
Nazlı Almuradova