Sosial Xidmətlər Agentliyinin mətbuat konfransı keçirilir - FOTO

30 İyun 2025 11:11 (UTC+04:00)

Sosial Xidmətlər Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Agentliyin İdarə Heyyətinin sədri Vüqar Behbudov ötən dövr ərzində sosial müdafiə sahəsində gördüyü işlər, əldə olunan nəticələr və gələcək hədəflər barədə geniş məlumatları media nümayəndələrinə çatdırıb. Həmçinin tədbirdə Agentliyin regional və beynəlxalq əməkdaşlıq layihələri, vətəndaşların sosial rifahının yaxşılaşdırılması sahəsində atılan addımlar və xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı görülən tədbirlər də diqqətə çatdırılıb.

Mətbuat konfransında media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Sosial Xidmətlər Agentliyi gələcəkdə də sosial sahədə səmərəli fəaliyyətini davam etdirməyi, əhalinin rifahına töhfə verən layihələrin həyata keçirilməsini və xidmət keyfiyyətinin daha da yüksəldilməsini prioritet istiqamət kimi müəyyən edib.