Azərbaycan boksçusu Gürcüstanda gümüş medal qazanıb

30 İyun 2025 10:48 (UTC+04:00)

Gürcüstanın Batumi şəhərində boks üzrə beynəlxalq turnir keçirilib. Boks Federasiyasından SİA-ya verilən məlumata görə, Azərbaycan millisi yarışda 1 medal qazanıb.

Yığmanın heyətində Elbrus Adıgözəlov fəxri kürsüyə yüksəlib. 60 kiloqramda çıxış edən boksçu gümüş medala sahib olub.

Qeyd edək ki, turnirdə 10 ölkənin boksçuları mübarizə aparıb.