Ağdamda minaya düşən polis əməkdaşının son durumu - YENİLƏNDİ

30 İyun 2025 10:42 (UTC+04:00)

Bu gün Ağdam rayonunun Papravənd kəndi ərazisində minaya düşən polis əməkdaşı İsmayılov Xəyyam Şakir oğlunun son durumu açıqlanıb. SİA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 01:50 radələrində Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. "1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir",- məlumatda qeyd edilib.