Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrlə bağlı barəsində həbs qətimkan tədbiri seçilən üçüncü şəxs Ayaz Səfərov olub. SİA xəbər verir ki, onun da barəsində iş üzrə saxlanılan digər iki azərbaycanlı - Məzahir və Akif Səfərovlar kimi, 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Yerli mətbuatın məhkəmə zalından yayımladığı videoda Ayaz Səfərovun üzündə xəsarət izləri görünür.