Səhnədə halı pisləşən müğənni xəstəxanaya yerləşdirildi

29 İyun 2025 14:47 (UTC+04:00)

Kıbrısda konsert verən Türk Xalq Musiqisi sənətçisi Sevcan Orxanın səhnədə halı pisləşib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun əvvəlcə infarkt keçirdiyi zənn edilsə də, daha sonra təzyiqi aşağı olduğu üçün ürək ritminin nizamsız olduğu öyrənilib. 42 yaşlı müğənninin infarkt keçirməsi ilə bağlı yayılan xəbərlər təkzib edilib və vəziyyətinin nəzarət altında olduğu və xəstəxanada olduğu açıqlanıb.