"Kəpəz" yerli futbolçusu ilə vidalaşıb

29 İyun 2025 11:43 (UTC+04:00)

"Kəpəz" futbolçusu Tural Rzayevlə yollarını ayırıb. SİA xəbər verir ki, yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Gəncə futbol məktəbinin yetirməsi olan Rzayev "sarı-göylər"in heyətində 2015-2016-cı illər mövsümdə debüt edib. O, komandanın heyətində 6 mövsüm keçirib. Bu müddətdə 122 oyuna çıxıb və 1 qolla yadda qalıb.