Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəmə prosesi qapalı keçirilir - FOTOLAR

29 İyun 2025 11:26 (UTC+04:00)

İyunun 27-də Yekaterinburqda zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesi başlayıb. Onlar 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinirlər. SİA xəbər verir ki, hazırda məhkəmədə onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

İyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə keçirilən xüsusi əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri də var. Əməliyyat zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.

İttiham tərəfi prosesin qapalı rejimdə keçirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti təmin edib və bundan sonra jurnalistlər zaldan çıxarılıb.

Saxlanılan hər bir şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsi ayrıca müzakirə olunur. Məzahir Səfərovla bağlı işdə ittiham tərəfi onun həbs edilməsini tələb edib, müdafiə tərəfi isə ev dustaqlığına buraxılmasını istəyib. Səfərov vəkilinə bildirib ki, ondan etiraf ifadəsi zor tətbiq edilməklə və ailəsinə təzyiq, hədə-qorxu yolu ilə alınıb.