Mask Trampa açıq hücum etdi

29 İyun 2025 11:24 (UTC+04:00)

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın proqramını maliyyələşdirəcək böyük xərclər tələb edən qanun layihəsini yenidən tənqid edib. SİA xəbər verir ki, Mask Senatdakı respublikaçıları "böyük, gözəl qanun layihəsi" adlandırılan paketi qəbul etməyə tələsdikləri üçün qınayıb. "Senatın son qanun layihəsi milyonlarla Amerika iş yerini məhv edəcək və ölkəmizə böyük strateji ziyan vuracaq! Tamamilə çılğın və dağıdıcıdır. Bu layihə keçmişin sənayelərinə sövq verir və gələcəyin sənayesinə ciddi ziyan vurur", - Mask “X” sosial şəbəkəsində yazıb.

Bununla o, "böyük, gözəl qanun layihəsi"nin büdcə təsirlərinə görə siyasi baxımdan qeyri-populyar olduğuna dair sorğu nəticələrini təkrarlayıb. Bu fikir bu ay bir neçə sorğuda əksini tapıb.