ABŞ-ın ev sahibliyi etdiyi klublarası dünya çempionatında (KDÇ) 1/4 finala yüksələn ikinci komanda bəlli olub. SİA xəbər verir ki, İngiltərənin "Çelsi" komandası 1/8 finalda Portuqaliya təmsilçisi "Benfika"nı əlavə vaxtda 4:1 hesabı ilə məğlub edib.
London klubu 1/4 finalda Braziliyanın "Palmeyras" kollektivi ilə qarşılaşacaq.