Səhər saatlarında İranın Şiraz şəhərində hava hücumlarından müdafiə sistemləri yenidən aktivləşib. SİA xəbər verir ki, bu barədə "Iran News" məlumat yayıb. Həmçinin, sosial şəbəkələrdə HHM-lərin hava hədəflərinə atəş açdığını əks etirən görüntülər paylaşılıb. Bildirilib ki, eyni hadisə Tehranda da baş verib.