Krak klubu onu transfer etmək istəyir

29 İyun 2025 07:41 (UTC+04:00)

“Real Madrid” “Ştutqart” və Almaniya yığmasının hücumçusu Nik Voltemadeni transfer etmək istəyir. SİA xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Bildirilib ki, Almaniya klubu 23 yaşlı futbolçunu 60 milyon avroya satmaq niyyətindədir. Futbolçu ilə “Atletiko Madrid”, “Bavariya” və “Çelsi” də maraqlanır.

Qeyd edək ki, Voltemade Almaniya millisinin heyətində iki matçda meydana çıxıb. O, ötən mövsüm bütün yarışlarda 33 matçda iştirak edib, 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.