Ukrayna Ali Radası hərbi əməliyyatlar başa çatdıqdan sonra seçkilərin keçirilməsi ilə bağlı qanun layihəsi üzərində işləməyə başlayıb. SİA xəbər verir ki, Radanın spikeri Ruslan Stefançuk Ukrayna telemarafonunda seçkilərə hazırlıq barədə məlumat verib. “Biz bu qanun layihəsi üzərində işləyirik, çünki növbəti seçkilərin keçirilməsi üçün müharibədən sonrakı seçkiləri tənzimləyəcək yeni xüsusi qanun layihəsi tələb olunur”, - o deyib. Onun sözlərinə görə, deputatlar “müxtəlif baza ssenariləri” hazırlayırlar və bir çox təşkilati məsələləri həll edəcəklər ki, ukraynalılar öz fundamental konstitusion seçim hüquqlarını həyata keçirə bilsinlər. Stefançuk həmçinin vurğulayıb ki, seçkilər ancaq döyüşlər bitdikdən və sülh sazişi imzalandıqdan sonra keçiriləcək.