Fatimə ikinci dəfə nənə oldu

29 İyun 2025 03:31 (UTC+04:00)

Rəqqasə Fatimə Fətəliyevanın ikinci nəvəsi dünyaya gəlib. SİA xəbər verir ki, sənətçinin qızı Aydanın oğlu dünyaya gəlib. Onlar körpəyə Mikayıl adını veriblər.

Qeyd edək ki, Aydanın Zəhra adlı bir qız övladı da var.