İngiltərə ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionatının qalibi olub

29 İyun 2025 02:18 (UTC+04:00)

İngiltərə yığması gənclər arasında futbol üzrə Avropa çempionatının final oyununda Almaniyaya əlavə vaxtdan sonra 3:2 hesabı ilə qalib gəlib. SİA xəbər verir ki, turnir Slovakiyada keçirilib.

Gənclər arasında Avropa çempionatında 2002-ci il və daha sonra doğulmuş futbolçular çıxış edirlər. Üçüncü yeri Niderland və Fransa bölüşüb. İngiltərə ardıcıl ikinci dəfə turnirin qalibi olub. 2023-cü ildə İngiltərə komandası finalda İspaniya yığmasını məğlub etmişdi (1:0).

Turnirdə qələbələrin sayına görə rekordçular hərəyə beş dəfə gənclər arasında Avropa çempionatının qalibi olmuş İspaniya və İtaliya yığmaları tutur. İngiltərə komandası dördüncü, almanlar üç dəfə kuboku qazanıb.

Gənclər arasında növbəti Avropa çempionatı 2027-ci ildə Serbiya və Albaniyada keçiriləcək. Turnir 2028-ci il Olimpiadasının seçmə mərhələsi olacaq.