"Sabah" legioneri ilə müqaviləni yeniləməyib

28 İyun 2025 16:52 (UTC+04:00)

“Sabah” legioneri Vinsent Till ilə yollarını ayırıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.

V.Till 2023-cü ildən "Sabah”ın formasını geyinirdi. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 35 oyunda 3 qola müəlliflik edib.