Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, Şabranın Günəşli kəndi ərazisində iki yük və bir minik avtomobili toqquşub. Qəza nəticəsində "Niva" markalı avtomobilin sürücüsü hadisə yerində ölüb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.