Ukrayna-Azərbaycan XİN-ləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur

28 İyun 2025 14:52 (UTC+04:00)

Ukrayna və Azərbaycan Xarici İşlər nazirlikləri (XİN) arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı sabiq səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmalar xaricdə yaşayan həmvətənlərin konsulluq müdafiəsinin səviyyəsinin artırılmasına töhfə verəcək:

"Bu, Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti addım olacaq".