"Zirə"nin Xorvatiya klubu ilə matçlarının başlama saatı müəyyənləşib

28 İyun 2025 13:34 (UTC+04:00)

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşacaq “Zirə”nin oyunlarının başlama saatı bəlli olub. SİA xəbər verir ki, ilk matç iyulun 23-də 19:30-da "Bakcell Arena"da baş tutacaq.

Komandalar arasında cavab görüşü isə iyulun 31-də Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.