İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - YENİLƏNİB

28 İyun 2025 13:05 (UTC+04:00)

Ermənistanın Apostol kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyana qarşı işin açılmasının əsaslarından biri onun hakimiyyətin devrilməsinə çağırışları olub. SİA yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun bəyanatında deyilir.

"M.Acapaxyan iyunun 21-də mediaya verdiyi müsahibədə 2024-cü ilin fevralında etdiyi əvvəlki bəyanatlarını təsdiqləyib. O bəyanatında bildirib ki, yüksək rütbəli hərbçilərin, eləcə də güc strukturlarının köməyi ilə çevriliş həyata keçirmək və hakimiyyəti dəyişmək lazımdır", - qurumdan vurğulanıb.

Prokurorluq, həmçinin qeyd edib ki, M.Acapaxyan çağırışlarını qəsdən və dəfələrlə səsləndirib.