Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru dəyişib

28 İyun 2025 12:00 (UTC+04:00)

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan işdən çıxarılıb. SİA xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan sərəncam imzalayıb.

Digər sərəncamla bu vəzifəyə indiyədək xidmətin direktor müavini olmuş Andranik Simonyan təyin edilib.