Yəməndən İsrail ərazisinə ballistik raket buraxılıb

28 İyun 2025 11:34 (UTC+04:00)

Yəmən ərazisindən İsrailə ballistik raket buraxılıb. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat Xidməti (SAXAL) məlumat yayıb.

SAXAL-ın məlumatına görə, Yəməndən ballistik raketin buraxılışı təsbit edilib.

Bildirilir ki, raketin zərərsizləşdirilməsi üçün hava hücumundan müdafiə sistemi işləyir.