Tərtərdə çardaq yanıb, 2500 ot bağı məhv olub və 3 inək ölüb

28 İyun 2025 10:25 (UTC+04:00)

Tərtərin Sarıcalı kəndində fərdi təsərrüfatda tələfatla nəticələnən yanğın baş verib. SİA xəbər verir ki, hadisə rayonun Sarıcalı kənd sakini Səfərov Valehə məxsus təsərrüfatda olub.

Yanğın zamanı çardağa yığılan 2500 ot bağı və çardağın altında bağlı olan 3 baş inək yanaraq tələf olub.

Faktla bağlı araşdırma aparılır.