"Borussiya Dortmund” klubunun hücumçusu Yussufa Mukoko “Kopenhagen”ə keçməyə yaxındır. SİA xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, 20 yaşlı Almaniya U-21 millisinin üzvü üçün Danimarka klubu təxminən 5 milyon avro ödəyəcək. Futbolçunun tibbi müayinəsi 27 iyunda baş tutacaq. Mukoko 2024/25 mövsümünü icarə əsasında “Nitsa”da keçirib. Fransada o, bütün turnirlərdə 22 oyuna 2 qol və 3 assistlə yadda qalıb. “Borussiya” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Xatırladaq ki, ötən ilin dekabrında Mukokonun pasportunun saxta olduğuna dair şübhələr ortaya çıxıb Futbolçunun rəsmi atası onun əslində 4 yaş daha böyük olduğunu iddia edib.
Qeyd edək ki, “Kopenhagen” yaxın vaxtlarda İsveç U-21 millisinin cinah oyunçusu Runi Bardqini “Barselona”ya satmağa hazırlaşır.