Tovuzda minik avtomobili hasara çırpılıb, xəsarət alan var

27 İyun 2025 20:12 (UTC+04:00)

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakə hasara çırpılıb. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.