...SpaceX və Tesla şirkətinin baş direktoru İlon Mask sosial şəbəkədə İranın ali dini lideri Əli Xamneyidən ABŞ-ın böyük şeytan, yoxsa ən böyük olduğunu soruşub.
"Amerika - Böyük Şeytan, yoxsa Ən Böyük Şeytan?"
SİA-nın məlumatına görə, Mask Xamneyinin səhifəsində yazının altında yazıb.
...Bir daha xatırladaq ki, iyunun 13-də İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Aslan qalxması” əməliyyatına başlayıb.
Tehran buna cavab olaraq “Doğru vəd 3” əməliyyatına başlayıb, İsraildəki hərbi obyektlərə hücum edib.
İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə, o cümlədən uranın zənginləşdirilməsi üzrə Fordo zavoduna hücum edib.
ABŞ prezidenti Donald Tramp deyib ki, zərbələrin məqsədi İranın uranın zənginləşdirilməsi obyektlərini məhv etməkdir. İyunun 23-də İran ordusu “Qələbə müjdəsi” əməliyyatı çərçivəsində Qətərə 6, Amerika Birləşmiş Ştatlarının hərbi bazalarının yerləşdiyi İraq ərazisinə isə daha bir raket atıb. Press TV-nin məlumatına görə, Qətərdəki Amerika aviabazasına üç raket düşüb.
Əli Babayev