Gəlin nişanını qeyd etdiyi yaxtada boğularaq ölüb...

27 İyun 2025 17:43 (UTC+04:00)

Braziliyada 38 yaşlı Maria Eduarda Carvalho de Medeiros 55 yaşlı sevgilisi Serafico Pereira Cabral Juniorun ona evlilik təklifi etdiyi yaxtada üzərkən faciəvi şəkildə ölüb.

SİA-nın məlumatına görə, hadisə Pernambuko ştatının Kabo de Santo Aqostinyo şəhərinin sahillərində baş verib.

Bildirilir ki, Mariya Eduarda xoşbəxt hadisəni elan etdiyi və nişan üzüyünü nümayiş etdirdiyi videonu ailəsinə göndərə bilib.

Bu barədə Need To Know (NTK) portalı məlumat yayıb. Lakin gəmi səfəri zamanı yaxtanın sükanı arxasında olan Serafico Pereira Cabral Junior idarəetməni itirib və gəmi batmağa başlayıb.

3 saat sonra bəy üzərək sahilə çata bilib, gəlinin isə meyiti sonradan aşkar edilib.

Nazlı Almuradova