Volvo XC60 brendin tarixində ən çox satılan modelə çevrilir...

27 İyun 2025 22:35 (UTC+04:00)

...Volvo XC60 krossoveri şirkətin tarixində İsveç avtomobil istehsalçısının ən çox satılan modeli olub.

Modelin ümumi satışları 2,7 milyon ədədi keçərək, XC60-a əvvəlki rekordçu, ikonik Volvo 240-ı ötməyə imkan verdi... SİA-nın məlumatına görə, bu barədə şirkətin press-relizində deyilir.

2008-ci ildə debütündən bəri XC60 alıcılar arasında geniş populyarlıq qazandı. Əvvəlcə, model yalnız Avropada istehsal edildi, lakin sonra Asiya bazarında satışları dəstəkləyən Çində də yığılan ilk qlobal Volvo modeli oldu.

2018-ci ildə XC60 ilin avtomobili seçildi.

İndiki nəsil XC60 daha geniş auditoriyaya plug-in hibrid texnologiyasını təqdim edən modellərdən biri idi. Keçən il bu model Avropada ən çox satılan plug-in hibrid oldu. XC60 hazırda İsveçin Torslanda və Çinin Çenqdu şəhərindəki zavodlarda istehsal olunur.

Volvo Cars-a görə, bu seriyanın plug-in hibrid modelləri yalnız elektrik enerjisi ilə qət edilən məsafələrin orta hesabla 48 faizini əhatə edir. Əvvəllər şirkətin satış lideri 1974-1993-cü illərdə istehsal edilmiş Volvo 240 universalı idi - bu modelin cəmi 2,69 milyon avtomobili yığılmışdı.

Nazlı Almuradova