Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatının ikinci gününü medalsız başa vurublar

27 İyun 2025 16:25 (UTC+04:00)

Azərbaycanın yeniyetmə cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatının ikinci gününü medalsız başa vurublar. SİA xəbər verir ki, bu gün tatami üzərinə çıxan milli komandanın 7 üzvü fəxri kürsüdə yer ala bilməyib.

Əli Hümbətov (66 kq), Ayxan Həsənli, Səid Şərifov (hər ikisi 73 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (52 kq), Səmayə Yusifli (57 kq) və Ayan Əliyeva (63 kq) ilkin mərhələlərdə rəqiblərinə məğlub olublar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün Avropa çempionatında 6 medal əldə ediblər. Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) qızıl, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) isə bürünc medal qazanıblar.