Ötən gün axtarışda olduğuna görə ümumilikdə 84 nəfər saxlanılıb

27 İyun 2025 16:18 (UTC+04:00)

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 84 nəfər saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.