"Azərreyl" voleybol klubu növbəti transferini açıqlayıb

27 İyun 2025 15:29 (UTC+04:00)

Azərbaycanın qadınlardan ibarət "Azərreyl" voleybol klubu növbəti transferini açıqlayıb. SİA xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı hüçumçu Qraziele Souza 2025/2026 mövsümündə komandanın formasını geyinəcək.

Voleybolçu daha əvvəl Polşa, İspaniya, Fransa və Yunanıstan klublarında çıxış edib.