Azərbaycanda kolbasa ehtiyatı 16 %-dən çox azalıb

27 İyun 2025 11:45 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda 11 min 992,4 ton kolbasa məmulatları istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur.

İyunun 1-nə ölkədə 45,9 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 16,4 % azdır.

Hesabat dövründə Azərbaycanda 2 milyard 203 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,4 % çoxdur.