...Mühacirət edən almanların əsas istiqamətləri İsveçrə, Avstriya və ABŞ olub. Ölkəyə ən böyük immiqrant qrupları isə Ukrayna, Rumıniya və Türkiyədən gəlir.
25-40 yaşlı yüksək ixtisaslı mütəxəssislərin axını var.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, son iki onilliyin statistikası Almaniyada demoqrafik dəyişikliklərin narahatedici mənzərəsini yaradır.
2005-ci ildən bəri ölkə yerli əhalisinin davamlı axını ilə üzləşib – 1 milyondan çox alman öz həyatını xaricdə, əsasən də İsveçrə, Avstriya və ABŞ-da qurmağı seçib.
Eyni zamanda, Almaniya misli görünməmiş miqrant axını yaşayır ki, bu da təkcə 2024-cü ildə əsasən Ukrayna, Rumıniya və Türkiyədən 511 min nəfər təşkil edib.
Bu balanssızlıq cəmiyyətin sosial strukturunu kökündən dəyişir - bu gün ölkənin hər yeddinci sakininin alman pasportu yoxdur.
Mütəxəssisləri xüsusilə miqrasiya axınlarının keyfiyyət tərkibi narahat edir.
İnosmi.ru yazır ki, gedən almanlar ən məhsuldar yaşlarında (25-40 yaş) ali təhsilli mütəxəssislərdir, immiqrantların əhəmiyyətli bir hissəsinin isə müqayisə oluna bilən ixtisas səviyyəsi yoxdur.
...Son 19 ildə Almaniya 2,3 milyon əcnəbini vətəndaşlığa qəbul edib, lakin bu proses insan kapitalının itkisini kompensasiya etmir. Eyni zamanda, ölkə əhalinin qocalması böhranı ilə üz-üzədir – hazırda vətəndaşların 30,5 faizinin yaşı 60-dan yuxarıdır ki, bu da pensiya sisteminə və səhiyyəyə əlavə yük yaradır.
Əli Babayev