“İmişli" beş futbolçusu ilə yeni müqavilə imzalayıb

27 İyun 2025 10:20 (UTC+04:00)

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” beş futbolçusu ilə yeni müqavilə imzalayıb. SİA xəbər verir ki, klub Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka və Vüsal Qənbərov ilə yeni sözləşmə bağlayıb.