AVF rəsmisi Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb

27 İyun 2025 10:11 (UTC+04:00)

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb. SİA xəbər verir ki, AVF-dən verilən məlumata görə, o, kişi voleybolçular arasında Gümüş Avropa Liqası oyunlarına təyinat alıb.

N.İsmayılova iyunun 27-29-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək matçlarda supervayzer qismində hakimlərin işinə qiymət verəcək.

Yarışda Gürcüstan, Farer adaları və Lüksemburq komandaları çıxış edəcək.