PSJ - "Atletiko" matçı (4:0) klublararası dünya çempionatının qrup mərhələsinin ən çox azarkeş iştirak edən oyunu olub. SİA xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Los-Ancelesdəki “Rouz Boul” stadionunda keçirilən qarşılaşmanı 80 619 tamaşaçı canlı izləyib.
Qeyd edək ki, “Əl-Əhli”, “Əl-Hilal”, “Paçuka”, “İnter Mayami”, “Palmeyras” və “Real” klublarının iştirakı ilə keçirilən oyunlara 60 mindən çox tamaşaçı toplaşıb.