Bakıdakı partlayışla bağlı TƏBİB hərəkətə keçdi

27 İyun 2025 00:12 (UTC+04:00)

Bu gün saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə SİA-ya TƏBİB-dən bildirilib. Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib. Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Ətraflı məlumat veriləcək.