“Neftçi” paraqvaylı futbolçunu transfer edib

26 İyun 2025 21:51 (UTC+04:00)

“Neftçi” komandası növbəti transferini rəsmiləşdirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis heyətə cəlb olunub. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.

O, bu vaxtadək yalnız vətənində “Sportivo Ameliano” klubunda çıxış edib. Bu il meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.