Miqrantları “Qjeldə boyanmış rus robotları ilə əvəz etmək” çağırışı və...

27 İyun 2025 01:08 (UTC+04:00)

Avtomakon Şirkətlər Qrupunun Xarici İnkişaf üzrə direktoru Yekaterina Rodina pravoslav oliqarx və Tsarqradın təsisçisi Konstantin Malofeyevin "miqrantları Qjeldə boyanmış rus robotları ilə əvəz etmək" çağırışını şərh edərək, qeyri-sabit şəraitdə robotlaşdırmanın məhdudiyyətləri və lazımi robotların olmaması səbəbindən tam əvəzetmənin mümkün olmadığını bildirdi.

Rodina vurğulayıb ki, robotlaşdırma insanları əmək bazarından sıxışdırmır, əksinə peşələri dəyişdirir, məşğulluğun diqqətini əl əməyindən təlim, yenidən hazırlıq və uyğunlaşma tələb edən daha çox texnoloji vəzifələrə çevirir.

SİA-nın məlumatına görə, Gazeta.Ru-ya müsahibəsində ekspert qeyd edib ki, qarşıdakı onilliklərdə robot infrastrukturunun düzgün işləməsini təmin edən avtomatlaşdırmanın tətbiqi üzrə mütəxəssislərə və xidmət mühəndislərinə tələbat yalnız artacaq.

Rodinanın fikrincə, miqrantlar əmək bazarında qalacaqlar, lakin əl əməyinin payı getdikcə azalaraq öz yerini təlim və yeni texnologiyalara uyğunlaşma tələb edən yeni vəzifələrə verəcək.

Əli Babayev