Silahlı Qüvvələr Günü münasibətilə Xankəndidə hərbçilərin yürüşü keçirilib - YENİLƏNİB - FOTOLAR

26 İyun 2025 12:07 (UTC+04:00)

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib. SİA xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş edib. Vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyib, alqışlayıblar. Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatıb.