İran "Xatəm əl-Ənbiya" Qərargah rəisinin öldüyünü təsdiqlədi

26 İyun 2025 06:44 (UTC+04:00)

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargah rəisi general Əli Şademaninin İsrailin zərbələri nəticəsində aldığı yaralardan öldüyünü təsdiqləyib. SİA xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, Şademani keçən həftə İsrailin zərbəsi nəticəsində ağır yaralar alaraq həlak olub. İyunun 17-də İsrail Ordusunun Mətbuat Xidməti xəbər vermişdi ki, Şademani İrana endirilən gecə zərbələri zamanı məhv edilib.