MAQATE dərhal İranda fəaliyyətini bərpa etməlidir - Makron

26 İyun 2025 03:37 (UTC+04:00)

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) dərhal İrandakı fəaliyyətini bərpa etməlidir. SİA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron X hesabında yazıb. “Agentliyin İrandakı missiyasını mümkün qədər tez bərpa edə bilməsi vacibdir. Paris nüvə təhlükəsizliyi üçün mühüm rolu olan MAQATE-ni dəstəkləyir”, - Makron bildirib.

Qeyd edək ki, İran parlamentinin üzvləri MAQATE ilə əməkdaşlığın müvəqqəti dayandırılmasına dair qanun layihəsini təsdiqləyiblər.