Azərbaycan Ordusu qürurumuzdur!

25 İyun 2025 17:47 (UTC+04:00)

Ruslan Nəcəfquliyev,
Tovuz regional “ASAN xidmət”mərkəzində Notariat ofisinin xüsusi notariusu

Müdrik, uzaqgörən, dünya miqyaslı siyasi xadim Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə bu günümüzü görür və düşünürmüş kimi müasir müstəqil demokratik Azərbaycan Respublikasının sosial-iqtisadi əsaslarını qurmaqla yanaşı milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir.

Bu məqsədlə də totalitar kommunist rejiminin təziqlərinə baxmayaraq çox çətinliklə də olsa 1971-ci ildə Bakıda hərbçi kadrlar hazırlayan məktəb təşkil etmiş və hərbi quruculuğumuzun, müasir müstəqil dövlətimizin ordu quruculuğumuzun əsaslarını qoymuşdur.

Sonrakı illərdə də ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirərək bu sahədə yeni-yeni uğurlara imza atmışdır.

Dahi, əvəzolunmaz siyasi xadim Heydər Əliyev fəaliyyətinin hər bir dövründə ordu quruculuğuna, hərbçi kadrların hazırlanması üçün çox böyük siyasi ustalıqla məqsədyönlü siyasi xətt həyara keçirmişdir.

Xalqımızın təkidli tələbi ilə müdrik rəhbərimiz 15 iyun 1993-cü il də hakimiyyətə qayıdışından sonra – Qurtuluş günündən başlayaraq hər bir sahədə olduğu kimi ordu quruculuğuna diqqət daha da artırılmışdır. Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycan ordusu üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə başladı.
Qurtuluş dahisi Heydər Əliyev siyasətinin davamı olaraq cənab İlham Əliyevin 2003-cü ildən xalqımızın təkidli tələbi və dəstəyi ilə yüksək səs çoxluğu ilə hakimiyyətə gəlişindən sonra ölkəmiz özünün iqtisadi siyasi müstəqilliyini daha da möhkəmləndirərək, qüdrətli yenilməz ordu quraraq, təkmilləşdirərək BMT nizamnaməsinin 51-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinin, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun olaraq BMT TŞ-nın 1993-cü ildə qəbul etdiyi 2 aprel 822, 29 iyul 853, 14 oktyabr 874, 11 noyabr 884 saylı qətnamələri dövlət başçımızın uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olaraq və bu siyasətə xalqımızın verdiyi dəstəyin nəticəsi olaraq ölkəmizdə formalaşmış iqtidar-xalq-ordu birliyinin, vəhdətinin nəticəsi olaraq son 200 illik tarixi əhatə edən erməni işğalına, terroruna, soyqırımı, deportasiya siyasətinə BMT TŞ-nın 30 ildə həll edə bilmədiyi məsələləri 44 günlük II Qarabağ Müharibəsində, bir günlük antiterror əməliyyatlarında bir dəfəlik son qoyaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təmin etdi.

Bütün bu uğurlarımızın, nailiyyətlərimizin mənbəyində müdrik siyasi xadim Heydər Əliyevin siyasətinin davamı olaraq prezident İlham Əliyevin son 20 ildən çox bir vaxtda həyata keçirdiyi uğurlu, məqsədyönlü daxili və xarici siyasəti dayanır və bu siyasətə xalqımızın dəstəyi dayanır.

Əgər uzaqgörən siyasi xadim Heydər Əliyev 1987-1993-cü illərdə də Azərbaycanda hakimiyyətdə olsa idi. Həmişə olduğu kimi, ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirilərdi. Torpaqlarımız işğal olunmazdı, nə I Qarabağ Müharibəsi, nə də II Qarabağ Müharibəsi baş verməzdi. Fürsətdən istifadə edərək Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Ali Sərkərdəmiz Qarabağ Fatehi dünyanın hərbi-siyasi, ideoloji, informasiya müharibələri tarixinə yeniliklər bəxş etmiş cənab İlham Əliyev başda olmaqla Silahlı Qüvvələrimizin əsgər və zabitlərini, şəxsi heyətini səmimi qəlbdən ürəkdən təbrik edirəm, onlara milli maraqlarımızın daha da qorunub möhkəmləndirilməsində uğurlar, can sağlığı arzu edirəm.

Allah ordumuzu qorusun!

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin!