İsmayıllıda iki həftə əvvəl xəsarət almış şəxs vəfat edib. SİA xəbər verir ki, iyunun 11-də İsmayıllı şəhəri ərazisində Soltan Şəmsəddinov velosipedlə 2-ci Yeniyol kənd sakini 1966-cı il təvəllüdlü Sahib Eyyubovu vurub.
Yerə yıxılan S.Eyyubov həmin vaxt başından xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş şəxs iyunun 24-ü dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.