Ermənistanda 14 nəfər saxlanıldı

25 İyun 2025 16:17 (UTC+04:00)

Ermənistanda hakimiyyətin ələ keçirilməsinə cəhd işi ilə bağlı başladılan araşdırma çərçivəsində 14 nəfər saxlanılıb. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarından 90-dan çox ünvanda axtarış əməliyyatı həyata keçirilib.

Xatırladaq ki, bu gün səhər Ermənistanın hüquq-mühafizə orqanları müxalif “Müqəddəs mübarizə” hərəkatının tərəfdarlarının evində axtarış aparıb. Əməliyyat çərçivəsində hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan saxlanılıb.