Rusiyalı kürəkənini öldürməyi “killer”ə həvalə edib...

25 İyun 2025 23:34 (UTC+04:00)

Moskvada Rusiya vətəndaşı Aleksandr Kibelçenko kürəkəninin oğurlanması və edamını təşkil etməkdə təqsirli bilinib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun Telegram kanalından məlumat verilib.

Kişi kürəkəninin qızı ilə münasibətlərinin pis olması səbəbindən sifarişli qətl törətmək qərarına gəlib.

Problemlər cütlüyün boşanmasından və əmlak bölgüsündən sonra başlayıb.

Qayınata məsələni kökündən həll etmək istəyib və kürəkəninə qarşı repressiyaya görə 50 min dollar ödəyib.

Cinayətkarlar sövdələşmənin bir hissəsini qaraj-tikinti kooperativinin ərazisində həmin şəxsi qaçıraraq öldürməklə həyata keçiriblər.

Cinayətin silahı boyuna taxılan təhlükəsizlik kəməri olub. Bundan sonra Kibelçenko Rusiyanı tərk etməyə cəhd etsə də, saxlanılıb. Cinayətin üstü müşahidə kameralarının görüntüləri sayəsində açılıb.

Nazlı Almuradova